Kinayə dolu açıqlama
“Bayern”in müdafiəçisi Nussair Mazraui komandadakı vəziyyətindən danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mərakeşli futbolçu, kinayəli şəklidə yalnız komanda yoldaşları zədələndiyi halda ona ehtiyac duyulduğunu bildirib:
“Mövsümün ikinci yarısına nəzər salsaz, mən komandada digər oyunçuların zədəli olmasına görə oynayıram. Klubdakı hər kəsə, o cümlədən məşqçilərə deyirəm: nə vaxt lazım olsam, hazıram”.
25 yaşlı futbolçu yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verəcək.
Daha əvvəl “Barselona”nın mərakeşli müdafiəçini almaq istədiyi bildirilirdi.
Mazraui 2022-ci ilin yayından “Bayern”də çıxış edir. O, bu mövsüm Münhen klubunda 23 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin