Kin kimi bəyənib?
İrlandiya millisinin keçmiş futbolçusu Robbi Kin “Mançester Yunayted”in gənc yarımmüdafiəçisi Ceydon Sanço haqda açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, Kin, 21 yaşlı ingilis futbolçunun Premyer Liqanın 26-cı turunun “Lids”lə oyunundakı (4:2) performansından razı qaldığını deyib:
“O, əla oynadı! Sanço son bir neçə həftədə fantastikdir.
O, ilk dəfə “Mançester Yunayted”ə gələndə davamlı olaraq topu qəbul edir, geri çəkilir, sadə ötürmələr verirdi. Son həftələrdə görürəm ki, Sanço topu qəbul edəndə irəli gedir, rəqiblərini bir-bir geridə qoyur.
Sanço artıq özünü göstərməyə, qol vurmağa və məhsuldar ötürmələr verməyə başlayır”.
Sanço Premyer Liqada cari mövsümdə 21 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. O, “Lids”lə görüşdə iki məhsuldar ötürmə müəllifi olub.
Bizi Facebook-da izləyin