Keçmiş futbolçu “Mançester Yunayted”in düşdüyü vəziyyətə sevinir

“Liverpul”un keçmiş yarımmüdafiəçisi Denni Mörfi “Mançester Yunayted”in bu mövsümdəki problemlərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş futbolçusu “Mançester Yunayted”in uğursuzluq yaşamasına sevindiyini gizlətməyib:

“Mançester Yunayted”in bu vəziyyətini xoşlayıram. Çünki gənc oyunçu olanda ən yaxşılarla yarışaraq böyümüşəm və o zamanlar planetin ən yaxşı komandası “Mançester Yunayted” idi. Sahib olduqları üstünlüklə, eyni ruhda davam etsəydilər, hamımız üçün pis olardı. Premyer Liqanın rəqabətli olmasını xoşlayıram. Amma kimsə uğursuzluğa düçar olarsa, qoy “Mançester Yunayted” olsun. Yalan danışmayacam, bu, xoşuma gəlir”.

İngiltərə Premyer Liqasının 10 turundan sonra “qırmızı şeytanlar” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Liqa kubokunda “Nyukasl”a məğlub olan MY turnirdən kənarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button