Neymar: “Mən hazıram!”

“Əl-Hilal”ın hücumçusu Neymar Asiya Çempionlar Liqası çərçivəsində “Əl-Əyn”lə oyun üçün komandanın heyətinə daxil edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu meydana qayıtmasına belə reaksiya verib:

“Kimsə geri qayıdır. Mən hazıram! Bilirəm ki, hamı bunu gözləyirdi. Mən də. Oktyabrın 21-də qayıdacam”.

Neymar çarpaz bağ zədəsi səbəbindən bir ilə yaxın meydanlardan kənarda qalıb.

32 yaşlı hücumçu 2023-cü ilin yayında PSJ-dən “Əl-Hilal”a keçib. O, Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin iyun ayının sonuna qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button