
Kimmixə kapitanlıq söz verilib
Coşua Kimmixin “Bayern”lə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi Münhen klubu ilə müqaviləsini uzatmalıdır. Bu qış 30 yaşı tamam olacaq futbolçunu komandanın növbəti kapitanı olacağına əmin ediblər.
Mətbuat əvvəllər Kimmixin İspaniya klublarına – “Real” və ya “Barselona”ya keçə biləcəyini yazırdı. PSJ ilə bağlı da məlumatlar var idi.
Kimmix “Bayern”ə 2015-ci ilin yayında “Ştutqart”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin