Kimmix tələsmir

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix hələ də karyerasını harada davam etdirmək istədiyinə qərar verməyib.

29 yaşlı futbolçunun müqaviləsi 6 aydan sonra başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” rəhbərliyi Miladdan qısa müddət əvvəl Kimmixdən yanvarın 5-dək gələcəyi ilə bağlı cavab verməsini istəyib.

Münhen klubu almaniyalı futbolçuya ultimatum verməsə də, göstərilən tarixə qədər ondan cavab alacağını gözləyirdi. Xahişə baxmayaraq, o, hələ də rəhbərliyə qərarı barədə məlumat verməyib. Danışıqlar davam edir.

Kimmixin İngiltərə Premyer Liqası və İspaniya La Liqası təmsilçilərindən təklifləri var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button