Alman futbolçu PSJ-yə keçməkdən imtina edib
Coşua Kimmix “Bayern”i Avropanın digər top-klubuna dəyişmək imkanından imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisinin futbolçusu PSJ-yə keçmək variantını rədd edib.
Münhen klubunun rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi gələn il başa çatacağı üçün onu satmağı düşünür. Kimmix ən azı daha bir mövsüm “Bayern”də qalmağa qərar verib. Tərəflər bu müddət ərzində yeni müqavilə üzrə razılığa gəlməyə çalışacaqlar.
Coşua Kimmix 2015-ci ildən “Bayern”in şərəfini qoruyur. O, bu müddət ərzində 390 oyun keçirib, 42 qol vurub və 104 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin