“Bayern” futbolçusunu razı sala bilmir
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix klubu ilə yeni müqavilə ilə bağlı hələ razılığa gəlməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu İngiltərə Premyer Liqasına keçməyə daha yaxındır.
Yayda 29 yaşlı futbolçunu almaq istəyən “Liverpul”, “Arsenal” və “Mançester Siti” hadisələrin gedişatını izləyir. Kimmixlə “Barselona” və PSJ də maraqlanır. Amma o özü Premyer Liqaya keçməyə daha çox meyllidir.
Kimmix 2015-ci ilin iyulundan “Bayern”də çıxış edir. O, bu mövsüm 29 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin