Kimmix yeni müqavilə imzalamağa yaxındır

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix klubunda qalmağa qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatsa da, tərəflər sözləşməni uzatmağa yaxındırlar.

Kimmix özü və klub əməkdaşlığı davam etdirməkdə qarşılıqlı maraqlıdırlar, yalnız bir neçə detalı həll etmək qalır. Azad agent kimi onun transferinə çalışan “Real” nəhayət ki, almaniyalı oyunçunu dəvət etmək fikrindən imtina edib.

Kimmix 2015-ci ildən “Bayern”in şərəfini qoruyur. Müdafiənin sağ cinahında oynaya bilən yarımmüdafiəçi bütün yarışlarda münhenlilərin heyətində 425 matçda 43 qol vurub, 114 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button