Kimmixin adı Fransa klubunun transfer siyahısındadır

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər almaniyalı futbolçunu qısa transfer siyahısına daxil edib.

PSJ “Benfika”nın yarımmüdafiəçisi Joao Neveşin keçidini də nəzərdən keçirir. Lakin portuqaliyalar onun üçün 120 milyon avro istəyir və Kimmixin transferi daha asan ola bilər.

Kimmix ötən mövsüm 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib. 29 yaşlı yarımmüdafiəçi AÇ-2024-də Almaniya millisinin heyətində 5 oyunda 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button