
“Bayern” Kimmixlə razılığa gəlib
“Bayern” yarımmüdafiəçisi Coşua Kimmixlə yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin anlaşdığı yeni müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Kimmix PSJ-yə keçmək variantını nəzərdən keçirsə də, hazırda onun əsas diqqəti Münhen klubu ilə yeni müqaviləyə yönəlib. Almaniyalı futbolçunun tezliklə bütün lazımi sənədləri imzalaması gözlənilir.
30 yaşlı yarımmüdafiəçi Bundesliqanın cari mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun UEFA Çempionlar Liqasında hesabında 11 oyun və 5 məhsuldar ötürmə də var
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin