PSJ “Bayern”lə danışıqlara başlayıb
Almaniyalı müdafiəçi Coşua Kimmix yay transfer pəncərəsində “Bayern”i tərk edə bilər.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ 29 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Kimmixin transferində Paris klubunun baş məşqçisi Luis Enrike şəxsən maraqlıdır. İspaniyalı mütəxəssisi oyunçunun çoxyönlü bacarığı, eləcə də, texnikası və liderlik keyfiyyətləri cəlb edir.
PSJ “Bayern”lə mümkün müqavilə ilə bağlı danışıqlara başlayıb.
Kimmix Almaniya çempionatının son mövsümündə 28 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin