“Mən burada xoşbəxtəm” – “Bayern”in futbolçusu
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubundakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu klubdan razı olduğunu bildirib:
“Mənim müqaviləm hələ 2025-ci ilə qədər qüvvədədir və bu klubda ən yaxşı çıxışımı göstərmək istəyirəm. Sonra nə olacağını görəcəyik. Əlbəttə, mən burada xoşbəxtəm. Klubdan və şəhərdən, əlbəttə ki, razıyam”.
Daha əvvəl mətbuatda almaniyalı futbolçunun “Bayern”in baş məşqçisi Tomas Tuxellə gərgin münasibətlərinin olması barədə məlumatlar yayılıb.
Kimmix 2015-ci ildə “Ştutqart”dan “Bayern”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin