Kimmix qalmaq istədiyini etiraf etdi

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix klubda qalma ehtimalının yüksək olduğunu etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əməkdaşlığın davam etdirilməsinin tamamilə mümkün olduğunu söyləyib:

“Müqavilənin uzadılması ehtimalı keçən yaydan qat-qat yüksəkdir, çünki mən futbolu necə oynadığımızı görürəm. Bunun baş məşqçi ilə çox əlaqəsi var. Bütün Almaniya görür ki, biz indi fərqli oynayırıq, hər şey daha yaxşı görünür. Mən məşq etməkdən və meydançaya çıxmaqdan çox həzz alıram”.

29 yaşlı futbolçu müqavilə müddətini uzatmasa, cari mövsüm başa çatdıqdan sonra Münhen klubunu tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button