“Kimmix karyerasını “Bayern”də davam etdirsə, şad olarıq”
“Bayern”in prezidenti Herbert Hayner yarımmüdafiəçi Coşua Kimmixin müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az “Sky Sport Germany”-ya istinadən xəbər verir ki, klub rəhbəri Kimmixi təkcə növbəti mövsüm deyil, uzun illər üçün saxlamaq istədiklərini bildirib:
“Coşua karyerasını “Bayern”də davam etdirsə, şad olarıq. Biz onu təkcə növbəti mövsüm deyil, uzun illər üçün də saxlamaq istəyirik”.
29 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Kimmix bu yay “Bayern”dən ayrılmağı düşünürdü, lakin sonda qalmaq və heç olmasa, müqaviləsini tamamlamağa qərar verib. Almaniyalı futbolçu ilə daha əvvəl “Barselona” və “Mançester Siti” maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin