“Kimisə günahlandırmaq istəmirəm, amma Beyl lazımi dəyəri görmədi”

Bir neçə gün əvvəl “Real”dan “Tottenhem”ə transfer olunan Qaret Beylin meneceri Conatan Barnett açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, meneceri Beylin “Real”da layiq olduğu dəyəri görmədiyini bildirib:

“Düşünürəm ki, Beyl bu klub üçün çox şey etmiş biri olaraq doğru münasibəti görmədi. Bu işlərin yanlış olduğunu düşünürəm. Kimisə günahlandırmaq istəmirəm, amma Beyl lazımi dəyəri görmədi. Azarkeşlərin etdiyi də utancverici idi və klub bunun üçün heç nə etmədi. Onun bacardıqlarına, etdiklərinə fikir vermək lazımdır. Məncə, o, “Tottenhem”də çox uğurlu olacaq və orda qalmaq istəyəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button