“Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesablıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Bu oyunun çox çətin keçəcəyini təxmin edirdik. Çünki hər iki komanda fasilədən sonra qələbə əldə edə bilməmişdi. Amma bizim üzərimizdə təzyiq daha çox idi. Səhvlərimiz də çox idi. Amma ümumilikdə komandanın istəkli olması məni sevindirdi. Qələbə bizim üçün çox vacib idi. İsətnilən halda, turnir cədvəlinın son pilləsində olmaq xoş deyil. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandaya oyuna görə təşəkkür edirəm.
– Ötən oyunlarla müqayisədə heyətdəki dəyişikliyin səbəbi nə idi?
– Nəticələr dəyişiklik etməyə məcbur edir. Hər bir futbolçu bizim üçün əsasdı. Çalışırıq ehtiyatdakı futbolçulara da şans verək. Etdiyimiz dəyişiklik uğurlu alındı. Heç bir futbolçunu siyahıdan silməmişik.
– Oyunun son 30 dəqiqəsində komanda özünə bənzəmirdi…
– Təziyq çox idi. Komandaya ancaq hücum futbolu oynamağı tapşırmışdım. Psixoloji təzyiq komandaya təsir edir. 65-ci dəqiqə komandanın sınma nöqtəsi idi. Düşünürəm ki, bu qələbə o təzyiqi bir az yüngülləşdirəcək.
– “Zirə” – “Neftçi” oyununda kimə azarkeşlik edəcəksiz?
– Mən öz işlədiyim komandaya azarkeşlik edirəm. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin