Kimik biz?!
Rəşad Fərhadoğlu
“Erməni olma!” Hamımız bu kəlməni tez-tez işlədirik. Guya qorxaqlıq əlamətidi erməni olmaq. Halbuki, hər şey əksinədi. 200 ildi ermənidən qaçan bizik. İrəvan kimi şəhəri peşkəş etdik. Yetmədi, Şuşanı verəsi olduq. Bu gedişlə neft bitənədək Bakıya qədər hər yeri verəcəyik. “Zato” sülhsevərik. Erməni nə edirsə etsin, biz işimizi görürük. Gürcü nə edirsə etsin, biz qımışırıq. Hamılıqla anadan olarkən “şirinliyimiz” gen-bol verilib. Ona görə şipşirinik, hamının gözü bizə düşür. Paylamağı və paylaşmağı bilməmizlə fəxr edirik. Məmmədov Ziya yol çəkir, amma Allaha. Yeyintisiz yoldu, hələlik. Sonrasını yol Allaha çatanda, özü göstərər. Namaz qılmaq, ibadət etmək yaxşı işdi – Azərbaycan kimi ölkələrdə. İşsizliyin az, rifah və mütaliə səviyyəsinin yüksək olduğu ölkələrdə insanların boş vaxtları olmur. Kitab oxuyanda dini deyil, fəlsəfi kitablara üstünlük verirlər. Çünki dini kitab Azərbaycanda ya farsları təbliğ edir, ya da ərəbləri. Küveytdən sahibkarlığa dəstək adı altında alınan vəsaitlə təbii ki, vəhabilik, İrandan gələn vəsaitlə şiəlik təbliğ olunmalıdı. Başqa variant yoxdu. Qarabağ haqda danışmayacam. “Lazım” okeanın o tayındadı. Mone Quliyevin yanında fırlanır. Bu biri “Qarabağ”a isə “Lazım” lazımsızdı, bala-bala dığırlanırlar. Hələlik udurlar. Udarkən necə dünyanın axırı olmursa, uduzanda da dəyişən bir şey olmayacaq. Ona görə də, prixoloji gərginlik yaratmamalı, sadəcə dəstək olmalıyıq: udanda da, uduzanda da.
Təbii ki, eyni şeyi milli komandaya şamil etmək olmaz. Çünki o cəbhədə udmaq söhbəti yoxdu. Və o söhbət Sultanov Ceyhun Oqtay oğlundan gedir. Azərbaycan futbolunun önəmli yetirmələrindəndi. Amma bəzən çox önəmsizləşir, günah özündə olur. Futbolçuykən yarımmüdafiədə oynasa da, həyatdakı ampluası müdafiəçidi. Çünki atdığı addımlarla “Neftçi” prezidenti Kamran Quliyevi müdafiə edir, hədəf olmasını önləyir. İnsaf naminə, “ikili”nin tandemi pis alınmır. Bir-birinin işinə müdaxilə etmirlər. Futbolsevərlər, eləcə də rəhbərliyin 90 faizi “Neftçi”nin baş məşqçisinin adını bilmir. Amma yükün kimin çiyinləri üzərində olduğunu, nəticəni kimin verdiyini gözəl bilirlər – Ceyhun Sultanov. “Arsenal” üzərindəki qələbənin memarı o idi, meymunu isə püşkatmaya görə “Neftçi”ni məğlub sayanlar. Təsəvvür edin ki, Kamran Quliyev əlində detektorla qızıl axtarıb, tapıb Ceyhunu. Amma vaxtıyla Gəncədə də tapmışdılar onu. Atmosfer Sultanovu Bakıya, Cavad xanın geydirmə “zemlyaklar”ını cəhənnəmə göndərdi. Papağını qabaqlarına qoyub düşünmək üçün. Kimin necə düşündüyü göz qabağındadı. Vakansiya açılmalıdı, əks təqdirdə bölünmə olacaq. Çünki Gəncədə mərkəzdənqaçma özünü büruzə verməkdədi. Yaydı, qanqaynayan vaxtdı.
Xülasə, sözümün canı ondadı ki, Qurban Qurbanova “Qarabağ”da nəticə üçün şərait yaradan Gözəl ailəsi və əsas adamları Əmrah Çəlikəl, “Neftçi”də isə Kamran Quliyevin Ceyhuna etimadıdı.
Bizi Facebook-da izləyin