“Kimi gördümsə, hamını finala dəvət etdim” – Berezutski

Azərbaycan Premyer Liqasında 36-cı – son turun matçları çərçivəsində “Neftçi” səfərdə “Sabah”a 0:1 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, matçdan sonra “Sabah”ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:

“Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komandadan kəskin, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunöncəsi bizə özgüvən verəcək. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.

ÇSKA-nın yubiley matçında sabiq komanda yoldaşlarımdan kimi gördümsə, finala dəvət etdim. Gəlib-gəlməyəcəklərini bilmirəm. Çətindir, amma demişəm. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button