“Kim Premyer Liqada oynamaq istəməz?”

“Betis”in yetirməsi Junior Firpo iki il “Barselona”da qaldıqdan sonra “Lids”ə yollanıb. Onun klubla hazırkı müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, dominikanlı müdafiəçi İngiltərə klubundan mümkün ayrılması ilə bağlı suala belə cavab verib:

“Bilmirəm, bu suala cavab verə bilmərəm. Diqqətimi yüksəlməyə cəmləyirəm və fikrimi yayındırmaq istəmirəm. Bəlkə də, təkliflər olacaq, bu, cari mövsümdəki performansımın yaxşı tanınması olardı”.

Firpo İngiltərə klubunda qala biləcəyini də istisna etməyib:

“Burada özümü yaxşı hiss edirəm və kim Premyer Liqada oynamaq istəməz? Bu turnirdəki iki ilim ən yaxşısı deyildi. Çoxlu zədələrim oldu, üstəlik, koronavirusa yoluxmuşdum”.

“Betis” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. O, bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button