
“Kimə qarşı oynamağın heç bir fərqi yoxdur” – “Arsenal”ın futbolçusu
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko UEFA Çempionlar Liqasının 1/8 finalında “Real”ın “Atletiko” üzərində qələbəsinə komandanın reaksiyasından danışıb.
“Real” turnirin 1/4 finalında “topçular”ın rəqibi olub.
Komanda.az “Hayters TV”-yə istinadən xəbər verir ki, ukraynalı futbolçu qarışıq hisslər keçirdiklərini bildirib:
“Biz qarışıq hisslər keçirdik. Xulian Alvaresin zərbəsi zamanı “Atletiko”nun bəxti gətirmədi. Heç kim heç bir şəkildə şərh vermədi. Kimə qarşı oynamağın fərqi yoxdur. Həm “Real”, həm də “Atletiko” böyük komandalardır”.
“Arsenal” 1/8 finalda PSV-ni asanlıqla mübarizədən kənarlaşdırıb. İlk görüşdə 7:1 hesabı ilə qalib gələn londonlular cavab matçında 2:2 hesablı heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



