“Kilian mənə ən yaxşı illərimi xatırladır” – Ronaldo

Braziliyalı keçmiş hücumçu Ronaldo Kilian Mbappe haqda fikirlərini bildirib.

Komanda.az “Apostagolos”-a istinadən xəbər verir ki, o, fransalı hücumçunun DÇ-2022-dəki çıxışını yüksək qiymətləndirib:

“Son dünya çempionatında məni ən çox təsirləndirən Mbappe oldu. O, ilk matçdan son oyuna kimi möhtəşəm oynadı. Qol vurmayanda da meydanda faydalı oldu və məhsuldar ötürmələr etdi. Finalda isə penaltilər seriyasını nəzərə alsaq, 4 qol vurdu. Mbappe texniki cəhətdən üstündür. O, DÇ-2022-nin ən yaxşı oyunçusu olmalı idi.

Bu turnirdə çoxlu sürətli oyunçular var idi. Lakin Mbappe bu mənada digərlərindən qat-qat güclüdür. Kilian mənə ən yaxşı illərimi xatırladır. O, vacib andan mükəmməl istifadə etməyi bilir, yeri az olsa da, topla və topsuz gözlənilməz çıxış edir”.

Mbappe Fransa millisinin heyətində DÇ-2022-də 8 qolla bombardir olub.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button