Məğlub olan komanda ilə fəxr edir

“Brügge”nin baş məşqçisi Skott Parker UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” ilə qarşılaşmasından sonra (0:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məğlubiyyətə baxmayaraq, komandası ilə fəxr etdiyini deyib:

“Əlbəttə, məğlubiyyətə sevinmirik, amma komandamda çox müsbət cəhətlər gördüm. Xüsusilə də, ilk 20 dəqiqə ərzində. Topla çox yaxşı oynayırdıq. Komandamla fəxr edirəm. Kiçik səhvlər bizə baha başa gəldi”.

“Benfika” – “Brügge” cütünün cavab qarşılaşması martın 8-də, Portuqaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button