“Sampdoriya”nın formasını geyinmədən koronavirusa yoluxdu

“Sampdoriya”nın “Monako”dan heyətinə qatmaq üzrə olduğu Balde Keyta koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu “Sampdoriya” üçün tibbi müayinədən uğurlsa keçsə də, koronavirus testinin nəticəsi pozitiv olub. Seneqallı futbolçu karantinə alınıb.

“Sampdoriya” 25 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq üçün “Monako” ilə razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button