“Liverpul”un futbolçusuna Bundesliqadan “elçi”
“Liverpul”un və Qvineya millisinin yarımmüdafiəçisi Nabi Keyta karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 27 yaşlı qvineyalı futbolçunun xidmətində Dortmund “Borussiya”sı maraqlıdır. Müqavilə ilə bağlı danışıqlara yarımmüdafiəçi Çud Bellingem də daxil edilə bilər. “Liverpul” Dortmund klubunun futbolçusu ilə daha əvvəl maraqlanırdı.
Keyta 2018-ci ildən “Liverpul”da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 40 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin