Rəsmi: Honda və Ahmedov “Neftçi”dən ayrıldı
Keysuke Honda və Ahmed Ahmedov “Neftçi”dən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov “Neftçi” TV-yə açıqlamasında deyib. O, müqaviləsi bitən hər iki futbolçunun klubu tərk etdiyini bildirib.
Honda bu ilin martında “Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalamışdı. “Ağ-qaralar”ın heyətində Premyer Liqada çempionluq yaşayan Honda, çempionatda 8 oyunda 2 qol vurub.
Ahmed Ahmedov isə Bolqarıstanın ÇSKA klubundan yanvarda icarə əsasında “Neftçi”yə keçib. O, “ağ-qaralar”la Premyer Liqada 9 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin