“Keyn meydandakı vəziyyətdən narazıdır” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel hücumçu Harri Keynin performansı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunları deyib:
“Keyn meydandakı vəziyyətdən narazıdır. Biz də. Amma onun məşq tərzi dünya səviyyəsindədir. Biz bunun üzərində işləyirik. Keyn isə kapitan olduğunu sübut edir. Onunla hər şey yaxşı olacaq”.
Keyn bu mövsüm Münhen klubunda 29 oyun keçirib, 28 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin