Keyn də “Yamal” dedi

“Bayern”in hücumçusu Harri Keyn kimi dünyanın ən yaxşı gənc futbolçusu hesab etdiyini bildirib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, İspaniya millisinin və “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalı seçib.

Yamal bu yaxınlarda keçirilən “qızıl top” mərasimində ən yaxşı gənc futbolçu seçilib. O, cari mövsümdə ümumilikdə 14 rəsmi matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.

Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Onun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button