Keynin ən böyük arzusu

İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn öz futbol arzusunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ən böyük arzusunun UEFA Çempionlar Liqası və dünya çempionatını qazanmaq olduğunu deyib:

“Ən böyük arzum Çempionlar Liqasını və dünya çempionatını qazanmaqdır”.

32 yaşlı hücumçu hazırda yaxşı formadadır. O, Bundesliqanın cari mövsümündə 5 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Bayern” Çempionlar Liqasının yeni mövsümünə uğurlu start verib. Vensan Kompaninin komandası ilk iki görüşdə qalib gələrək, 6 xal toplayıb və ümumi turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button