Keynin arzusu
İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn hansı kubokları qazanmaq istədiyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu arzusunun “Bayern”lə Almaniya çempionatını və UEFA Çempionlar Liqasını qazanmaq olduğunu bildirib:
“Mənim arzum “Bayern”lə Almaniya çempionatını və UEFA Çempionlar Liqasını qazanmaqdır. Böyük bir turnirdə İngiltərə komandası ilə də qalib gəlmək istərdim. Bu mövsüm üçün məqsədim mümkün qədər çox kubok qazanmaqdır”.
Keyn ötən yay “Tottenhem”dən keçərək “Bayern”in sıralarına qoşulub. O, ilk mövsümdə Münhen nəhəngi ilə bir dənə də kubok qazana bilməyib.
31 yaşlı forvard İngiltərə yığması ilə AÇ-2024-ün vitse-çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin