Keynə “qoca”, Osimhenə “bahalı” dedi
“Bayern”in sabiq futbolçusu Lotar Matteus Münhen klubuna “Ştutqart”ın hücumçusu Seru Girassini transfer etməyi təklif edib.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, qvineyalı futbolçunu sürətli hesab edir:
“Mən “Bayern”ə Girassini məsləhət gördüm! “Ayntraxt”la kubok matçında o, diqqətimi çəkdi. Topa inamla sahib olur, güclü və sürətlidir.
Mərkəz hücumçusuna xas olan hər bir xarakterik xüsusiyyət onda var. Seru ən azı Kolo Muani qədər yaxşıdır. Aralarındakı yeganə fərq onun bazar dəyərinin çox az olmasıdır”.
O, “Bayern” nə üçün Girassini transfer etməlidir” sualını belə cavablandırıb:
“Harri Keyn artıq çox qocadır, Viktor Osimhen isə çox bahalıdır. “Ayntraxt” Kolonu asanlıqla buraxacaq?”
Münhen klubu hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 62 xalla birincidir. Bundesliqanın 31-ci turunda onların rəqibi “Verder” olacaq.
Bizi Facebook-da izləyin