
“Tottenhem” Keynə əvəzləyici tapıb
“Arsenal”ın hücumçusu Folarin Baloqun karyerasını “Tottenhem”də davam etdirə bilər.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, London təmsilçisi onu ingiltərəli forvard Harri Keynin əvəzləyicisi kimi nəzərdən keçirir.
Baloqun 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Liqa 1 klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Keyn bir neçə gün əvvəl “Bayern”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin