“Bir az əzələ gərginliyi var” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Bundesliqada noyabrın 30-da Dortmund “Borussiya”sı ilə matçda (1:1) zədələnməsinə görə yaşıl meydandan kənarda qalıb.

Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında vəziyyəti ilə bağlı nikbin olduğunu bildirib:

“Bir az əzələ gərginliyi var, indi bərpa vaxtıdır. Bütün mesajlara görə təşəkkür edirəm”.

Bundan əvvəl mətbuatda 31 yaşlı forvardın sağalma vaxtı ilə bağlı məlumat yayılmışdı.

Keyn cari mövsümdə 19 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. “Bayern” 12 turdan sonra 30 xalla Almaniya çempionatının turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button