Keyn, yoxsa Runi? – “Cavab verməlisən”

Qadın futbolçulardan ibarət İngiltərə millisinin və “Barselona”nın müdafiəçisi Lusi Bronz ESPN üçün “Cavab verməlisən” oyununu oynayıb.

Komanda.az xəbər verir ki, Bronz suallara cavab verərkən İngiltərə millisinin sabiq üzvü Ueyn Runi ilə hazırkı hücumçusu Harri Keyn arasında seçim də etməli olub:

  • Qol, yoxsa ötürmə?
  • Ötürmə.
  • Baş zərbəsi, yoxsa yaylım atəşi?
  • Yaylım atəşi.
  • Pişiklər, yoxsa itlər?
  • İtlər.
  • Çimərlik, yoxsa hovuz?
  • Çimərlik.
  • Hansı qabiliyyətə üstünlük verərdiz: uçmaq, yoxsa görünməz olmaq?
  • Uçmaq.
  • Yeni ayaqqabı, yoxsa yeni saç düzümü?
  • Yeni ayaqqabılar.
  • Dünya kubokunu, yoxsa Avropa çempionluğunu qazanmaq?
  • Dünya kuboku!
  • Harri Keyn, yoxsa Ueyn Runi?
  • Ueyn Runi.

Dünən İngiltərə yığması qadınlar arasında Avropa çempionatının ilk oyununda Avstriyanı 1:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button