“Keyn verdiyi sözü tutsa…” – “Bayern” rəsmisi
“Bayern”in fəxri prezidenti Uli Höness “Tottenhem”in hücumçusu Harri Keynin Münhen klubuna mümkün transferini şərh edib.
Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, o, ingiltərəli forvardın avrokuboklarda oynamaq istədiyini açıqlayıb:
“Keyn verdiyi sözü tutsa, onunla müqavilə imzalayacağıq. Belə olsa, ingilislər qəflət yuxusundan oyanmalı olacaq. Harri Keyn avrokuboklarda oynamaq istəyir. “Tottenhem” isə 2023/24 mövsümündə avrokuboklarda iştirak etməyəcək”.
İngiltərə millisinin üzvü başa çatan mövsümdə paytaxt klubunun heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin