Keyn “Tottenhem”lə vidalaşdı – FOTO

“Tottenhem”in hücumçusu Harri Keyn sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, London klubundan ayrıldığını açıqlayıb:

“Karyeramın daha da inkişaf etməsində əvəzsiz rola malik olan klubla və onun azarkeşləri ilə necə vidalaşacağımı bilmirəm. Siz hər zaman mənim ürəyimdə xüsusi yerə sahib olacaqsız! Təşəkkür edirəm, “Tottenhem”! Təşəkkür edirəm, “Tottenhem” azarkeşləri!”

Xatırladaq ki, ingiltərəli forvardın Almaniya klubu “Bayern”ə keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button