Keyn klub prezidenti ilə görüşəcək

İngiltərəli hücumçu Harri Keyn “Tottenhem”in rəhbərliyi ilə görüşəcək.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, gələcək taleyi ilə bağlı düzgün qərar vermək üçün Premyer Liqa klubunun prezidenti Daniel Levi ilə danışmaq niyyətindədir.

İngiltərə millisinin üzvünü transfer etmək üçün əsas namizədlər “Mançester Yunayted” və “Bayern”dir. London təmsilçisi Keyn üçün 113 milyon avro tələb edə bilər.

Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button