Keyn hamını geridə qoydu

“Bayern”in hücumçusu Harri Keyn 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Komanda.az xəbər verir ki, 30 yaşlı forvard buna Bundesliqanın 12-ci turunda “Köln”ə 1:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Keyn cari ildə “Bayern”, “Tottenhem” və İngiltərə yığmasının heyətində ümumilikdə 49 qola imza atıb.

“Mançester Siti”dən norveçli Erlinq Haland və “Əl-Nəsr”də çıxış edən portuqaliyalı Kriştiano Ronaldo 48 qolla yadda qalıblar. PSJ-nin fransalı hücumçusu Kilian Mbappe isə 47 dəfə rəqib qapılarına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button