Keyn “Bayern”i niyə seçib?

“Bayern”in hücumçusu Harri Keyn yeni klubunda “qızıl top” mükafatını qazana biləcəyinə inanır.

Komanda.az “Football Daily”-ə istinadən xəbər verir ki, o, bu mükafata yiyələnmək üçün hansı titullara sahib çıxmalı olduğunu söyləyib:

“İnsanlar mənim “Bayern”ə nə üçün gəldiyimi müzakirə edirlər. Bu klubu hər mövsümün sonunda titullar qazanmaq və Çempionlar Liqasında uğurlu irəliləmək üçün seçdim. Kuboklara sahib çıxsaq, Çempionlar Liqasında birinci olsaq, gələn mövsüm İngiltərə millisi ilə Avropa çempionatının qızıl medallarına yiyələnsək və mən hamısında bombardir olsam, “qızıl top”u qazana bilərəm”.

İngiltərə millisinin üzvü yay transfer pəncərəsində “Tottenhem”dən “Bayern”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button