Keyn qayıtdı

Ötən ay zədələnən “Tottenhem”in forvardı Harri Keyn komandayla birgə məşqlərə başlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçunun sağalma prosesi gözləniləndən daha tez olub.

Keyn “Tottenhem”in həftəsonu “Bernli” ilə qarşılaşacağı Premyer Liqa matçında iştirak edə bilər.

Yanvarda zədələn forvardın mart ayında yaşıl meydanlara qayıdacağı gözlənilirdi.

“Bernli” – “Tottenhem” matçı fevralın 23-də, saat 16:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button