Keyn Premyer Liqa rekordu barədə düşünmür

“Bayern”in hücumçusu Harri Keyn İngiltərəyə qayıdıb Alan Şirerin Premyer Liqa rekordunu qırmaq barədə düşünmür.

Şirer 260 qol vurub, Keyn isə hazırda 213 qolla ikinci yerdədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı forvard bunun onu çox da maraqlandırmadığını bildirib:

“Bu, məni çox maraqlandırmır. İngiltərədən ayrılarkən, bəlkə, geri dönüb bu rekordu qıracağımı düşünürdüm. Amma bura gələndən sonra bu səviyyədə oynamaqdan çox məmnunam”.

Keyn həmçinin, “Bayern”lə müqavilənin müddətinin mümkün uzadılması barədə də danışıb:

“Bu, müzakirə ediləsi məsələdir. Mənim demək olar ki, iki ilim qalıb, buna görə də, panikaya ehtiyac yoxdur. Düşünürəm ki, onlar məndən razıdır, mən də onlarla məmnunam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button