“Düşünürəm ki, daha yaxşı oynaya bilərəm” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn komandadakı çıxışını qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu indiyə qədər vurduğu qollara görə şad olduğunu bildirib:

“Bu, mənim üçün yaxşı başlanğıcdır. Böyük transferdən sonra ilk bir neçə oyunda bir az daha çox təzyiq və gözlənti var. İndiyə qədər dörd qol vurduğum üçün çox şadam. Düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Bu, komanda yoldaşlarımı, oyun sistemini və necə daha yaxşı oynadığımızı bilsəm, baş verəcək. Oyun taktikamda hələ də təkmilləşdirilməli çox şey var”.

Keyn yay transfer pəncərəsində “Tottenhem”dən “Bayern”ə keçib. Onun transfer məbləği 100 milyon avro təşkil edib. 30 yaşlı futbolçu Bundesliqada Münhen klubunun heyətində keçirdiyi 4 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button