
Keyn komanda yoldaşı haqda: “Hələ də yaxşı formadadır”
“Bayern”in hücumçusu Harri Keyn Münhen klubunun futbolçusu Tomas Müller haqda danışıb.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Müllerin həm fiziki, həm də əqli cəhətdən hələ də yaxşı formada olduğunu bildirib:
“O, həm fiziki, həm də əqli cəhətdən hələ də yaxşı formadadır. Ehtiyac olanda komandaya çox kömək edir”.
Müller “İnter”lə keçirilən UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda (1:2) qol vurub. Daha əvvəl onun bu mövsümün sonunda “Bayern”dən ayrılacağı açıqlanmışdı.
35 yaşlı futbolçu 2000-ci ildən Münhen komandasının üzvüdür. O, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionatı da daxil olmaqla, “Bayern”in əsas heyətində 32 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



