“Avropa çempionatından sonra Millətlər Liqasına keçmək asan deyil”

İngiltərə yığmasının kapitanı Harri Keyn komandanın müvəqqəti baş məşqçisi Li Karslinin işini yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“O, digər məşqçilər kimi əla idi. Avropa çempionatından sonra UEFA Millətlər Liqasına keçmək asan deyil. Bəzən motivasiya ilə bağlı problemlər ola bilər. Şadam ki, son matçda qalib gəldik və birinci olduq”.

İngiltərə millisi bazar günü İrlandiya yığmasına beş cavabsız qol vuraraq, qələbə qazanıb. Bu matç Li Karsli üçün milli komandada sonuncu oyun olub. Yeni ilin əvvəlindən İngiltərə millisində Tomas Tuxel işə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button