Keyn Levandovskinin rekordunu təkrarladı

“Bayern”in hücumçusu Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu buna “Hoffenhaym”a 3:0 hesabı ilə qalib gəldikləri Bundesliqanın 17-ci tur matçında nail olub.

Komandasının üçüncü qolunu vuran forvard cari mövsümdə çempionatda 22-ci dəfə fərqlənib.

Beləliklə, Keyn Bundesliqanın ilk yarısında vurulan qolların sayına görə polşalı həmkarına çatıb.

İngiltərəli oyunçu mövsümün əvvəlində Münhen təmsilçisinə keçib. Hazırda İspaniyada “Barselona”nın uğurları üçün çalışan Levandovski 2014-2022-ci illərdə “Bayern”in formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button