Keyn Rays və Qrilişi gözləyən təhlükədən danışdı

İngiltərə millisinin hücumçusu Harri Keyn yarımmüdafiəçilər Deklan Rays və Cek Qrilişin UEFA Millətlər Liqasının qrup mərhələsində İrlandiya ilə oyunda iştirakından danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, atmosferin çətin olacağını gözlədiklərini bildiri:

“Biz gözləyirik ki, oyun zamanı atmosfer çətin olacaq. Azarkeşlər Rays və Qrilişə qarşı xoşagəlməz hərəkətlər edə bilərlər. Lakin bu uşaqlar öz karyeralarında ən yaxşı hesab etdikləri bir işə qərar veriblər”.

Qriliş və Rays gənclər səviyyəsində İrlandiya millisində oynayıblar. Amma sonra onlar İngiltərə yığmasında oynamağa qərar veriblər.

İrlandiya – İngiltərə matçı bu gün Dublindəki stadionda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button