“Keyn İngiltərə tarixinin ən yaxşı hücumçusudur”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager “Bayern”in hücumçusu Harri Keynin oyununu yüksək qiymətləndirir.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki o, Keynin İngiltərə tarixinin ən yaxşı hücumçusu olduğunu deyib:

“Keyn Premyer Liqada güclü olmayan komandada (“Tottenhem”) çox şey əldə etdi. İndi isə xaricə gedərək “Bayern”də çıxış edir. O, İngiltərə tarixinin ən yaxşı hücumçusudur”.

İngiltərəli forvard Çempionlar Liqasının ilk turunda “Çelsi” ilə matçda iki qol vuraraq, oyunun 3:1 hesabı ilə başa çatmasında əsas rol oynayıb. O, cari mövsümdə bütün turnirlərdə 6 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Bayern” hazırda Bundesliqada 9 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button