
Keyn: “Biz əla futbol oynayırıq”
“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın dünya çempionatının final mərhələsinə erkən vəsiqə qazanmasından danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu böyük nailiyyət adlandırıb:
“İki tur qalmış finala çıxmaq və qol buraxmamaq böyük nailiyyətdir. Biz əla futbol oynayırıq”.
İngiltərə millisi səfərdə Latviya yığmasına 5:0 hesabı ilə qalib gələrək, seçmə mərhələnin bitməsinə iki tur qalmış dünya çempionatına vəsiqəni təmin edib. Komanda 6 matçın 6-da da qalib gəlib, 18 qol vurub və heç bir top buraxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



