Keyn indi ancaq onlardan geri qalır
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kristal Pelas”la matç (4:0) “Tottenhem”in futbolçusu Harri Keyn üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu bu görüşdə iştirak etməklə yerli çempionatda 300-cü matçına çıxıb. Həmçinin, Harri oyunda dubla da imza atıb. Bununla da, o, turnirdəki qollarının sayını 198-ə çatdırıb.
O, bu sıralamada 3-cüdür. Keyn yalnız Alan Şirer (260 qol) və ikinci sırada qərarlaşan Ueyn Runidən (208 qol) geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin