Keyn “Qarabağ”ın olduğu turnir haqda: “Biz hazır olmalıyıq!”

“Bayern”in hücumçusu Harri Keyn komandasının cari mövsümdə UEFA Çempionlar Liqasını qazanmaq potensialı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard mövsümə çox yaxşı start verdiklərini bildirib:

“Biz hazır olmalıyıq! Mövsümə çox yaxşı start verdik, amma hələ uzun yol qət etməliyik və çox oyun qalır”.

Münhen təmsilçisi Çempionlar Liqasının ilk iki oyununda qələbə qazanıb, 8 qol vurub və 2 top buraxıb. Komanda 3-cü turda, oktyabrın 22-də Belçikanın “Brügge” klubunu qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button